Təkmilləşdirilmiş 5-ci nəşr. — Bakı: Azərbaycan Milli Elmlər Akademiyas, 2019. — 463 səh. — (Afad Qurbanovun “Seçilmiş əsərləri“). — ISBN 9789952835816.
Kitabda Azərbaycan dili, onun tarixi, forma və üslubları qısa şəkildə izah edilir. Bunlarla bərabər, Azərbaycan ədəbi dilinin fonetik sistemi, lüğət tərkibi və onlara aid linqvistik xüsusiyyətlər geniş şərh olunur. Həmçinin müasir Azərbaycan dilinin orfoepiya, yazı, qrafika və orfoqrafiya məsələləri də elmi-nəzəri əsasda aydınlaşdırılır. Əsərdən müəllim və tələbələr, aspirant və dissertantlar, mətbuat və nəşriyyat işçiləri, radio və televiziya əməkdaşları, eləcə də Azərbaycan ədəbi dilinin qayda-qanunları ilə maraqlananlar faydalana bilər. Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.